top of page
With You Since 2018

   Mənim adım Paola Nəbidir, dizayner, vitraj rəssamıyam. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “dekorativ-tətbiqi sənət” (metal, şüşə və keramika) ixtisası üzrə məzun olmuşam.  Bakıda və xaricdə çox populyar olan vitraj dizaynı ilə məşğul oluram.

  PaolArt Jewellery-in əsasını qoyan Venesiya və Muranodan başlayaraq, dünyamızın gözəl guşələrindən ilham almağı, səyahət etməyi sevirəm.

Kolleksiyalarımızın bütün bəzək əşyaları Murano və Dixroik (iki rəngli, parlaq) şüşələrdən istifadə edərək, özünəməxsus dizaynıma və xüsusi sifarişlər əsasında yaradılmışdır.

   2018-ci ildən bəri PaolArt Jewellery sevdikləriniz, qohumlarınız, dostlarınız və özünüz üçün orijinal hədiyyə olan əl işləri yaradır.

     Bütün bəzək əşyaları “Fusing” texnikası ilə hazırlanır.

Fyuzing – şüşədən təyin olunmuş kompozisiyanın xüsusi sobada 600 ilə

1100 ° C arasında yüksək temperaturda əritmə üsuludur. Xarici görümündən,  bu proses, daha sonra bişirilən, ənənəvi bir mozaika yaradılmasına bənzəyir.  Bir neçə laydan yığılmış şüşələr vahid bir bütöv hala əridilir və daha sonra əllə bitirmə mərhələsindən keçir.

    Murano və dixroik şüşələrdən hazırlanan məhsullar həmişə eksklüzivdir, yaradıcı və bədii tədqiqatın nəticəsidir.

20191214-0J2A3338.jpg
bottom of page